12/08/2011

“Qəbələ” ilə oyun canlı yayımda


XX Azərbaycan çempionatının açılış turunda “Xəzər Lənkəran”ın qonağı olan “Sumqayıt Şəhər” səfərdən 1:2 hesablı məğlubiyyətlə ayrılmışdı. Komandamız Unibank Premyer Liqasının 2-ci turu çərçivəsində avqustun 14-də, saat 18:00-da M. Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Qəbələ”ni qəbul edəcək. Həmin qarşılaşma İdman Azərbaycan kanalı vasitəsi ilə canlı yayımlanacaq.