28/10/2011

Komandamız hazırlığı davam etdirir


Unibank Premyer Liqasının X I turu çərçivəsində, oktyabrın 30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda AZAL-ı qəbul edəcək “Sumqayıt Şəhər” hazırlığını davam etdirir. Güclü yağışa görə komandamız məşqini Masazır qəsəbəsində yerləşən Əlincə stadionunda keçirib. Zədəli futbolçular Rəşad Kərimov, Eşqin Quliyev və Orxan Həsənov hələ də komanda ilə birlikdə məşq edə bilmir. Aleksandr Qross isə zədəsini sağaldaraq məşqlərə başlayıb. Onun AZAL-la qarşılaşmada iştirakı gözlənilir.

Qeyd edək ki, “Sumqayıt Şəhər”in 3 üzvü – Ruslan Nəsirli, Orxan Əliyev və Şamil Cəmaləddinov isə U-17-nin düşərgəsində yer alır.