28/10/2011

U-17 millimiz məğlub olub


17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması ikinci oyununu keçirib. Xorvatiyanın Umaq şəhərindəki Qradski stadionunda belçikalı həmyaşıdları ilə qarşılaşan yığmamız 0:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Təbriz Həsənovun yetirmələri ilk oyunda meydan sahibi Xorvatiya millisinə 2:1 hesabı ilə qalib gəlmişdi. Belçika ilə qarşılaşmada “Sumqayıt Şəhər”in 2 futbolçusu – Orxan Əliyev və Şamil Cəmaləddinov 90 dəqiqə meydanda olub. Komandamızın üzvü Ruslan Nəsirli isə 57 dəqiqə meydanda olub.