28/04/2014

Peşə liseyləri arasında çempionat start götürüb


Ulu öndər Heydər Əliyevin 91 illik yubileyi ilə əlaqədar olaraq, AFFA, Şimal Regional Futbol Federasiyası və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Sumqayıtda orta ixtisas və texniki peşə liseyləri arasında Sumqayıt birinciliyi start götürüb. 4 komandanın iştirak etdiyi yarışın açılış mərasimində futbol veteranları Telman Salahov, Abdulla Məmmədov, "Sumqayıt" FK-nun baş məşqçisi Aqil Məmmədov, komandamızın kapitanı Samir Abasov və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndələri iştirak edib. Turnirə mayın 1-də yekun vurulacaq.