27/04/2014

"Sumqayıt" FK "Bakı" ilə qarşılaşmadan 1 xalla ayrıldı


"Sumqayıt" - "Bakı" 1:1
12 aprel 2014. Saat 16:00. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 1500 tamaşaçı
Baş hakim: Vüsal Əliyev
Baş hakimin köməkçiləri: Knyaz Əmiraslanov, İsgəndər Əliyev
Dördüncü hakim: Ramil Diniyev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Kərim Ağayev
Sarı vərəqələr: Samir Abasov, 40 (qeyri-idman hərəkəti) // Deyvidas Çesnauskis, 43 (qeyri-idman hərəkəti); Yure Travner, 64 (qeyri-idman hərəkəti); Lukas Mario Horvat, 73 (qeyri-idman hərəkəti)
Qollar: Pərdis Fərcad-Azad, 47 // Risto Ristoviç, 69
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

“Sumqayıt”
1. Andrey Popoviç
3. Vurğun Hüseynov
4. Samir Abasov (k)
7. Pərdis Fərcad-Azad
9. Tərzin Cahangirov
(17. Adil İbrahimov, 90+2)
14. Məhəmməd Qurbanov
(8. Aqşin Muxtaroğlu, 65)
15. Nodar Məmmədov
21. Məhəmməd Mirzəbəyov
88. Mirzağa Hüseynpur
92. Bəxtiyar Həsənalızadə
99. Rəhman Hacıyev
(2. Şəhriyar Xəlilov, 89)

Ehtiyat oyunçular:
63. Şahruddin Məhəmmədəliyev
5. Kamil Hüseynov
20. Elşad Manafov
77. Ramil Mansurov

Baş məşqçi: Aqil Məmmədov

“Bakı”
1. Aqil Məmmədov (k)
2. Deyvidas Çesnauskis
3. Yure Travner
4. Mario Alvarez
7. Əfran İsmayılov
(20. Tural Qürbətov, 87)
17. Risto Ristoviç
(10. Aleksandar Soliç, 75)
19. Marius Pena
(16. Xavyer Junior, 83)
21. Elvin Məmmədov
23. Lukas Mario Horvat
24. Georgios Pelagios
31. Vüqar Mustafayev

Ehtiyat oyunçular:
13. Edin Nuredinoski
6. Vadim Abdullayev
27. Elton Hüseynov
34. Şəhriyar Əliyev

Baş məşqçi: Milinko Pantiç

Topaz Premyer Liqasında 32-ci turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu doğma meydanda "Bakı"nı qəbul edib. Qarşılaşmada hesabı Aqil Məmmədovun komandası açsa da, paytaxt təmsilçisi bərabərlik qolunu vurmağa müvəffəq olub.

Aqil Məmmədov ("Sumqayıt" FK-nun baş məşqçisi): "Nəticədən və oyundan razıyam. Bu gün ilk qolu vursaq da, sonradan rəqib hesabı bərabərləşdirdi. İtkilərimiz var idi. Aleksandr Çertaqanov və Uğur Pamukun olmamağı öz sözünü dedi. Sonda azarkeşlərə minnətdaram ki, bizi sona qədər dəstəklədilər".

Milinko Pantiç ("Bakı" FK-nun baş məşqçisi): "Bu gün komandam yaxşı oynadı. Amma çatışmayan cəhətlər var. Hansı ki, bu çatışmazlıqlar ilboyu bizimlə olub. İnşallah, növbəti ildə bu çatışmazlıqlar olmayacaq. Futbolda möcüzələr olmur. Olanda da bir dəfə olur. Çoxlu qol epizodları yaratdıq. Lakin istifadə edə bilmədik. Xüsusilə, Elvin Məmmədov gözəl oynadı. Futbolda ən çox qol vuran qələbə qazanır. Mənə elə gəlir ki, bu gün iki xal itirdik. Mənim qarşıma komandanı Avropa Liqasına çıxarmaq vəzifəsi qoyulmayıb. Bunu hamı bilir. Məndən bura gələndə yaxşı komanda yaratmaq xahiş olunub. Allah qoysa, siz hələ mənə üç il də dözməli olacaqsız".