23/04/2014

U-14 komandamız qələbə qazanıb, U-19 məğlub olub


U-14 Liqasında final mərhələsinin oyunları keçirilib. "Sumqayıt" Futbol Klubunun 14 yaşadək futbolçulardan ibarət komandası doğma meydanda "Masallı"nı 3:0 hesabı ilə məğlubiyyətə uğradıb. Komandamızdan qolları Cavid Quliyev, Elgün Məmmədov və Amil Babayev vurub.
U-19 liqasında mübarizə aparan komandamız isə evdə "Bakı"ya 1:3 hesabı ilə məğlub olub.