22/04/2014

"Sumqayıt" FK-da seleksiya xarakterli toplanış keçirilib


"Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə şəhərimizdə Futbol Festivalı keçirilib. Belə ki, 7-15 yaşlı yeniyetmə futbolçular üçün seleksiya xarakterli təlim-məşq toplanışı təşkil olunub. Sumqayıtda yerləşən yeni meydançada baş tutan tədbirdə 150-dən artıq uşaq iştirak edib. Seleksiya xarakterli toplanışda "Sumqayıt" FK-nun idman direktoru Frank Bernhardtdan başqa, əsas komandanın baş məşqçisi Aqil Məmmədov, köməkçiləri və futbolçu heyəti də iştirak edib. Təlim-məşq toplanışında özünü yaxşı tərəfdən göstərən futbolçular yaxın gələcəkdə "Sumqayıt" Futbol Klubunun akademiyasına cəlb olunacaq.