20/04/2014

"Sumqayıt" FK "Neftçi" üzərində inamlı qələbə qazandı


"Neftçi" - "Sumqayıt" 1:3
20 aprel 2014. Saat 17:00. “Bakcell Arena” stadionu. 1000 tamaşaçı
Baş hakim: Elvin Əsgərov
Baş hakimin köməkçiləri: Elşən Acalov, Coşqun Həsənov
Dördüncü hakim: Alik Yunusov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Asim Xudiyev
Sarı vərəqələr: Erik Ramos, 2 (qeyri-idman hərəkəti); Ernest Nfor, 18 (qeyri-idman hərəkəti) // Mirzağa Hüseynpur, 57 (qeyri-idman hərəkəti); Uğur Pamuk, 61 (qeyri-idman hərəkəti); 66 (qeyri-idman hərəkəti); Aleksandr Çertoqanov, 69 (hakimin qərarına etiraz); Şəhriyar Xəlilov, 74 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqələr: Araz Abdullayev, 90+2 (qeyri-etik ifadələr işlətdiyi üçün) // Uğur Pamuk, 66
Qollar: Ruslan Qurbanov, 90+3 // Rəhman Hacıyev, 20; Uğur Pamuk, 51; Pərdis Fərcad-Azad, 78
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.

“Neftçi”
30. Saşa Stamenkoviç
(1. Pavels Doroşevs, 15)
2. Karlos Kardoso
5. İqor Mitreski
6. Rəşad Sadiqov
7. Araz Abdullayev
15. Erik Ramos
19. Mirhüseyn Seyidov
(10. Cavid İmamverdiyev, 51)
21. Samir Məsimov
22. Mahir Şükürov (k)
32. Elvin Yunuszadə
(23. Ruslan Qurbanov, 80)
90. Ernest Nfor

Ehtiyat oyunçular:
3. Denis Silva
8. Elşən Abdullayev
27. Məqsəd İsayev
95. Elvin Bədəlov

Baş məşqçi: Böyükağa Hacıyev

“Sumqayıt”
1. Andrey Popoviç
3. Vurğun Hüseynov
9. Tərzin Cahangirov
10. Uğur Pamuk
14. Məhəmməd Qurbanov
(7. Pərdis Fərcad-Azad, 65)
15. Nodar Məmmədov
(2. Şəhriyar Xəlilov, 71)
18. Aleksandr Çertoqanov (k)
21. Məhəmməd Mirzəbəyov
88. Mirzağa Hüseynpur
(8. Aqşin Muxtaroğlu, 89)
92. Bəxtiyar Həsənalızadə
99. Rəhman Hacıyev

Ehtiyat oyunçular:
63. Şahruddin Məhəmmədəliyev
4. Samir Abasov (k)
17. Adil İbrahimov

Baş məşqçi: Aqil Məmmədov

Topaz Premyer Liqasında 31-ci tura yekun vurulub. "Sumqayıt" Futbol Klubu səfərdə, "Bakcell Arena"da "Neftçi"nin qonağı olub. Qarşılaşmada rəqibindən üstün oyun nümayiş etdirən Aqil Məmmədovun komandası 3:1 hesabı ilə qələbə qazanıb. Komandamızdan qolları Rəhman Hacıyev, Uğur Pamuk və Pərdis Fərcad-Azad vurub. Bu qələbədən sonra "Sumqayıt" FK turnir cədvəlində bir pillə irəliləyərək 9-cu sıraya yüksəlib.

Aqil Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “Qələbə həmişə sevindiricidir. “Neftçi” ilə oyunda isə ikiqat sevinclidir. Özüm bu klubda oynamışam, ölkənin ən güclü komandasıdır, “Neftçi”yə qarşı motivasiya başqa cür olur. Komanda yaxşı oynadı, sürət və əks-hücumlar var idi. Hesab böyük ola bilərdi. Komandanı və azarkeşləri təbrik edirəm. “Neftçi”nin müdafiəyə meylli futbolçuları azdır. Biz də bundan istifadə etdik. Rəqibin heyətində həmişə istedadlı futbolçular olub. Öz oyunumuzla layiqli qələbəmizi qazandıq”.

Böyükağa Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “Futbolçularıma mənə etdikləri “böyük hədiyyə”yə görə “minnətdaram”. Bu gün mənim 56 yaşım tamam olur. Bunu yadımda saxlayacam. “Sumqayıt” daha yaxşı oynadı. Layiqli qələbə qazandı. Rəqib komandanın gənc futbolçuları bizdən daha istəkli oynadılar. Əgər “Neftçi”də qalası olsam kubokun cavab oyunundan sonra yeni komanda yığacam. Köhnələrlə vidalaşmağa çalışacağam. Su bir yerdə çox qalanda iylənər. Heyətə “yeni qan” lazımdır. Kubokda inamlı oynayıb, kuboku qələbə qazanmaq lazımdır. Çempionatda “İnter” də bizdən 3 xal irəlidədir. Mövsümü titulsuz başa vurmaq istəmirəm. Sabahdan “Rəvan”la oyunun hazırlıqlarına başlayacağıq. Bu gün futbolçularımın rəqib qarşısında acizliyini gördüm. Heç kimi qınamıram, günah özümüzdədir. Artıq bu futbolçular “doyub”. Komandamı meydanda tanımadım, oynamaq istəmədilər. Bu gün autsayderə qarşı oynayırıq, sabah isə avrokuboklarda oynayacağıq. Bu komanda ilə çox uzağa getmək olmaz. Bu oyunu yüksək səviyyədə oynamaq lazım idi. “İnter” hal-hazırda yüksəlişdədir, səfərdə “Bakı”nı 4-0 hesabı ilə məğlub etdi. Autsayderə 1-3 hesabı ilə uduzmaq isə biabırçılıqdır. Bəzi futbolçuları yerinə olsam gecə intihar edərdim. Bugünkü nəticə “Neftçi”nin tarixi üçün qara ləkədir. Araz gərək azarkeşə cavab verməyəydi”.