18/04/2014

Seleksiya xarakterli təlim-məşq toplanışı keçiriləcək


"Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə aprelin 22-də Sumqayıtda Futbol Festivalı keçiriləcək. Belə ki, 8-14 yaşlı yeniyetmə futbolçular üçün seleksiya xarakterli təlim-məşq toplanışı təşkil olunacaq. Tədbir aprelin 22-də saat 10:00-da Mehdi Hüseynzadə adına stadionun yeni meydançasında baş tutacaq. Özünü sınamaq istəyən yuxarıda qeyd olunan yaşa uyğun olan bütün futbolçuları seleksiya xarakterli təlim-məşq toplanışına dəvət edirik.

Əlaqələndirici şəxs: Fərhad Həsənov (077-277-31-30)