15/04/2014

"Sumqayıt" FK "Neftçi" ilə oyunun hazırlığına start verib


Topaz Premyer Liqasının son turunda "Simurq"nan heç-heçə edən "Sumqayıt" Futbol Klubu 1 günlük istirahəti başa vurub. Aqil Məmmədovun komandası bu gündən etibarən "Neftçi" ilə oyunun hazırlığına start verib. "Sumqayıt" FK tam heyətlə hazırlaşıb. "Simurq"la görüşdə zədələnən Adil İbrahimov da zədəsini tam sağaldıb.

Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" oyunu aprelin 20-də keçiriləcək.