27/10/2011

“Sumqayıt Şəhər” U-16 növbəti qələbəsini qazanıb


U-16 liqasında 3-cü turun oyunları keçirilib. “Sumqayıt Şəhər” OEUGİM-lə qarşılaşıb və 4:2 hesabı ilə qələbə qazanıb. Komandamızdan qolları Xəlilli Nurlan (2 qol), Mustafayev Sahib və Nuruzadə Bayram vurub.

Qeyd edək ki, “Sumqayıt Şəhər”in 16 yaşadək futbolçulardan ibarət komandası U-16 liqasının ilk turunda “Gənclik” klubunu 2:0, II turda isə “Lokomotiv”i 3:2 hesabı ilə məğlub etmişdi.