23/03/2014

"Sumqayıt" FK "Qarabağ"la qarşılaşıb


"Qarabağ" - "Sumqayıt" 3:0
23 mart 2014. Saat 17:00. Tofiq Bəhramov adına Respublika stadionu. 800 tamaşaçı
Baş hakim: Vüsal Əliyev
Baş hakimin köməkçiləri: İsgəndər Əliyev, Coşqun Həsənov
Dördüncü hakim: Ramiz Məhərrəmov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Murad Məmmədov
Sarı vərəqələr: Vüqar Nadirov, 55 (qeyri-idman hərəkəti)
Qollar: Reynaldo Silva, 70; 72; Riçard Almeyda, 76
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 2 dəq.

“Qarabağ”
13. İbrahim Sehiç
2. Qara Qarayev
5. Maksim Medvedev
(18. İlqar Qurbanov, 85)
9. Reynaldo Silva
17. Vüqar Nadirov
20. Riçard Almeyda
(6. Hacı Əhmədov, 85)
24. Admir Teli (k)
25. Ansi Aqolli
41. Leroy Corc
(10. Muarem Muarem, 64)
55. Bədavi Hüseynov
70. Marinaldo Silva

Ehtiyat oyunçular:
1. Fərhad Vəliyev
7. Namiq Yusifov
11. Ulrix Kapolonqo
19. Jaba Dvali

Baş məşqçi: Qurban Qurbanov

“Sumqayıt”
63. Şahruddin Məhəmmədəliyev
4. Samir Abasov (k)
9. Tərzin Cahangirov
10. Uğur Pamuk
14. Məhəmməd Qurbanov
(88. Mirzağa Hüseynpur, 61)
15. Nodar Məmmədov
17. Adil İbrahimov
18. Aleksandr Çertoqanov
21. Məhəmməd Mirzəbəyov
92. Bəxtiyar Həsənalızadə
99. Rəhman Hacıyev

Ehtiyat oyunçular:
1. Andrey Popoviç
2. Şəhriyar Xəlilov
3. Vurğun Hüseynov
5. Kamil Hüseynov
8. Aqşin Muxtaroğlu
11. Ruslan Nəsirli

Baş məşqçi: Aqil Məmmədov

Topaz Premyer Liqasında 27-ci turun oyunlarına yekun vurulub. "Sumqayıt" Futbol Klubu səfərdə çempionatın lideri "Qarabağ"a 0:3 hesabı ilə məğlub olub.

Aqil Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “Maraqlı oyun oldu. “Qarabağ”ı qələbə ilə təbrik edirəm. Layiqli qələbə qazandılar”.

Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Bizim üçün vacib oyun idi. Ağır qrafiklə oynayırıq. Futbolçularda yorğunluq hiss olunurdu. Oyun intizamımızı sona kimi pozmadıq və qələbə qazandıq. “Sumqayıt”ın öz oyun üslubu var, sürətli əks-hücumlar qururlar, topla yaxşı davranırlar. İlk hissədə bir neçə qol imkanları oldu. Son vaxtlar bütün komandalar üçün təhlükəli rəqibdirlər. Buna baxmayaraq, bu hücumların qarşısını aldıq və ikinci hissənin ortaların rəqib yoruldu. Yaranmış boşluqlardan istifadə etdik və 3 qol vurduq. “Sumqayıt”a qarşıdakı oyunlarda uğurlar arzu edirəm”.