18/03/2014

Çempion olan U-11 komandamızla görüş keçirilib


"Sumqayıt" Futbol Klubunun 11 yaşadək futbolçulardan ibarət komandasının Azərbaycan Respublikası və İdman Nazirliyi, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi "5 Mart Bədən Tərbiyyəsi və İdman Günü" ilə əlaqədar təşkil olunmuş turnirdə qalib olması barədə xəbər vermişdik. Elşad Eyvazovun qalib yetirmələri klubun ofisində diplom və kubokla mükafatlandırılıb. Təşkil olunmuş görüşdə "Sumqayıt" FK-nun prezidenti Kamran Quliyev və klubun idman direktoru Frank Bernhardt da iştirak edib.