26/10/2011

“Sumqayıt Şəhər” növbəti mərhələyə vəsiqə qazanıb


Azərbaycan kubokunda 1/16 final mərhələsinə yekun vurulub. “Sumqayıt Şəhər” səfərdə I divizion təmsilçisi “Lokomotiv”lə qarşılaşıb. "Bakı" FK-nın təlim-məşq bazasının stadionunda keçirilmiş oyunda komandamız 2:0 hesabı ilə qələbə qazanıb. “Sumqayıt Şəhər”dən qolları Samir Abdulov və Kamil Nurəhmədov vurub. Qarşılaşmanın 89-cu dəqiqəsində komandamızın üzvü Ruslan Qurbanov qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub. XX Azərbaycan kubokunda 1/8 final mərhələsinə yüksələn “Sumqayıt Şəhər” “Qarabağ”a rəqib olub.
Qeyd edək ki, Ağdam təmsilçisi ilə görüş noyabrın 30-da rəqib meydanında keçiriləcək.

"Lokomotiv" – "Sumqayıt Şəhər" 0:2
26 oktyabr 2011. Saat 14:00. "Bakı" FK-nın təlim-məşq bazasının stadionu. 150 tamaşaçı
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Rza Məmmədov
Dördüncu hakim: Xəlil Hüseynli
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Kərim Ağayev
Sarı vərəqələr: Adil İbrahimli, 9 (düşünmədən rəqibə ayaqla zərbə); Vüqar Bəybalayev, 74 (rəqibə badalaq vurduğuna görə) // Abdulla Abatsiyev, 10 (bilərəkdən topa əllə oyun); Ramil Həşimzadə, 36 (rəqibi tutduğuna görə); Samir Abdulov, 55 (simulyasiya); Ruslan Tağızadə, 70 (rəqibə badalaq vurduğuna görə)
Qırmızı vərəqə: Ruslan Qurbanov, 89 (hakimi təhqir etdiyinə görə)
Qollar: Samir Abdulov, 60; Kamil Nurəhmədov, 90
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.

“Lokomotiv”
1. Elxan Əhmədov
2. Orxan Əsədov
3 Aydın Mustafayev
(9. Orxan Müzəffərli, 69)
6. Vüqar Bəybalayev
7. Elnur Babayev
(15. Azad Kərimov, 79)
8. Adil İbrahimli
10. Ülvi Quliyev
(11. Cavad Kazımov, 78)
14. Elhad Əhmədov
20. Zahid Sadıqov
21. Elşad Manafov (k)
22. Vüqar Mustafayev

Ehtiyat oyunçular:
23. Fuad Əsədov
4. Nicat Əsgərov
18. Yusif Məmmədov
77. Nihat Əmirli

Baş məşqçi: İbrahim Uzunca

“Sumqayıt Şəhər”
12. Sahil Kərimov
2. Slavik Alxasov
22. Ruslan Tağızadə
52. Bədavi Hüseynov
77. Samir Yusifov
47. Abdulla Abatsiyev
16. Hacı Əhmədov
(11. Kamil Nurəhmədov, 62)
27. Ramil Həşimzadə
(90. Eldar Məmmədov, 55)
8. Emin Mustafayev
21. Murad Səttarlı
(50. Samir Abdulov, 36)
91. Ruslan Qurbanov

Ehtiyat oyunçular:
1. Emil Balayev
5. Ramil Nuriyev
20. Timur İsrafilov

Baş məşqçi: Bernhard Raab

Azərbaycan kuboku, 1/8 final
30 noyabr (çərşənbə)

"Bakı" - "Rəvan"
AZAL - "Şahdağ"
"Qəbələ" - "Neftçala"
"Qarabağ" - "Sumqayıt Şəhər"
"İnter" - "Turan"
"Xəzər Lənkəran" - "Qaradağ Lökbatan"
"Kəpəz" - "Bakılı"
"Simurq" - "Neftçi"