13/03/2014

"Sumqayıt" FK U-11 turnirin qalibi olub, U-16 komandamız 2-ci olub


Azərbaycan Respublikası və İdman Nazirliyi, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi "5 Mart Bədən Tərbiyyəsi və İdman Günü" ilə əlaqədar 2003-2004-cü il təvəllüdlü futbolçular arasında futbol turnirinə yekun vurub. "Sumqayıt" Futbol Klubunun U-11 komandası həlledici görüşdə "Təsil"i 3:1 hesabı ilə məğlub edərək qalib olub.
Bundan başqa, "Sumqayıt" Futbol Klubunun 16 yaşadək futbolçulardan ibarət komandası Ruslan Abdullayevin xatirəsinə həsr olunmuş turnirdə iştirak edib və 2-ci yerə layiq görülüb.