11/03/2014

"Sumqayıt" FK "Xəzər Lənkəran"la oyuna hazırlaşır


Topaz Premyer Liqasının növbəti turunda doğma meydanda "Xəzər Lənkəran"ı qəbul edəcək "Sumqayıt" Futbol Klubu hazırlığa start verib. Komandamız baş məşqçi Aqil Məmmədovun rəhbərliyi altında səhər məşqinə çıxıb. Xəstə olduğuna görə Uğur Pamuk və zədəli olan Pərdis Fərcaf-Azad komandadan ayrı çalışıb.