25/10/2011

“Sumqayıt Şəhər”in futbolçuları millimizə qələbə qazandırdı


17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması ilk oyununu keçirib. Rovan şəhərindəki Valbruna stadionunda xorvatiyalı həmyaşıdları ilə qarşılaşan yığmamız 2:1 hesabı ilə qalib gəlib. Xorvatiya yığmasının qapısından topları “Sumqayıt Şəhər” Peşəkar Futbol Klubunun futbolçuları Ruslan Nəsirli və Orxan Əliyev keçirib. Komandamızın daha bir futbolçusu Şamil Cəmaləddinov da 90 dəqiqə meydanda olub.