24/10/2011

3 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət


U-14 Liqası 2011-2012-ci il mövsümündə növbəti turun oyunları keçirilib. "Sumqayıt Şəhər" Peşəkar Futbol Klubunun 14 yaşadək futbolçulardan ibarət komandası “Sumqayıtspor”a 4:0 hesabı ilə qalib gəlib. Komandamızdan qolları Əliyev Fəqan, Məmmədzadə Həsən, Buludu Vüsal və Bayramlı Tural vurub.

“Coca-Cola U-13 Liqasında” da “Sumqayıt Şəhər” “Təhsil”lə qarşılaşıb və oyundan 2:0 hesablı qələbə ilə ayrılıb. Hacıyev Asif və Əsədov Sənan qolların müəllifi olub.

"Sumqayıt Şəhər" Peşəkar Futbol Klubunun 11 yaşadək futbolçulardan ibarət komandası isə U-11 liqasının 2-ci turu çərçivəsində “Təhsil Sumqayıt”ın müqavimətini qıra bilməyib (0:0).

U-17 UNICEF qızlar liqasında da növbəti turun oyunları keçirilib. “Sumqayıt Şəhər” Buzovnanın “Xəzər” komandasını 5:1 hesabı ilə məğlub edib. Komandamızdan qolları Vəlixanova Ədilə, Jilyakova Cəmilə, Bağırova Ləman (2 qol) və İmanova Nisə vurub.

15 yaşadək qızlardan ibarət komandamız isə bu turda “İmişli”yə 0:13 hesabı ilə məğlub olub.

U-14 Liqası - Şimal regionu
II tu
r
Sumqayıt Şəhər - Sumqayıtspor 4:0
UGİM-1 (Sumqayıt) - Həkəri(Qubadlı) 1:2
İOEUGİM (Sumqayıt) - Təhsil (Sumqayıt) 3:1
Babək (Sumqayıt) - Abşeron (Bakı) 1:1

Coca-Cola U-13 Liqası
II tur

Babək - Abşeron 0:1
İOEUGİM (Sumqayıt) - Birlik 7:0
Sumqayıt Şəhər-Təhsil Sumqayıt 2:0

U-11 liqası
II tur

Sumqayıtspor – UGİM-1 Sumqayıt 0:4
Sumqayıt Şəhər – Təhsil Sumqayıt 0:0

U-17 UNICEF qızlar liqası
II tur

Xəzər – Sumqayıt Şəhər 1:5
Fidan – Qusar 8:1
Yasamal - Samur 3:0
BTİ - Binə 27:0

U-15 qızlar liqası
II tur

Sumqayıt Şəhər – İmişli 0:13
Qusar – Fidan 0:13
Təhsil – Xaçmaz 24:0
UGİM Lənkəran – Xudat 4:0