24/10/2011

“Sumqayıt Şəhər” “Turan”la qarşılaşıb


Unibank Premyer Liqasının X turunda “Sumqayıt Şəhər” “Turan”la qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub.

"Turan" – "Sumqayıt Şəhər" 1:0
23 oktyabr 2011. Saat 15:00. Tovuz şəhər stadionu. 3000 tamaşaçı

Baş hakim: Vüsal Əliyev
Baş hakimin köməkçiləri: Aleksandr Musatkin, Habil Əliyev
Dördüncu hakim: Rauf Cabbarov
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Qurban Məmmədov

Sarı vərəqələr: Zura Dzamsaşvili, 63 (əllə oyun); Akif Tağıyev, 65 (rəqibə qarşı kobud oyun); Məhərrəm Müslümzadə, 71 (rəqibə qarşı kobud oyun); Hafiz Əliyev, 77 (rəqibə qarşı kobud oyun) // Ruslan Qurbanov, 45+1 (hakimin qərarına etiraz); Ruslan Tağızadə, 75 (rəqibə qarşı kobud oyun)

Qol: Sergey Artyux, 30 (pen.)

Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

“Turan”
1. Anar Nəzirov
3. Aftandil Hacıyev
5. Ayxan Abbasov
7. Ramal Hüseynov (k)
10. Nadir Nəbiyev
(8. Akif Tağıyev, 58)
14. Aleksandr Qoqoberişvili
18. Hafiz Əliyev
20. Azər Məmmədov
(15. Namiq Əliyev, 52)
22. Məhərrəm Müslümzadə
24. Sergey Artyux
(9. Yasin Abbasov, 62)
27. Zura Dzamsaşvili

Ehtiyat oyunçular:
12. Natiq Səhrətov
16. Orxan İsmayılov
19. Ruslan Abbasov
25. Camal Məmmədov

Baş məşqçi: Əsgər Abdullayev


“Sumqayıt Şəhər”
12. Sahil Kərimov
2. Slavik Alxasov
4. Samir Abasov (k)
22. Ruslan Tağızadə
52. Bədavi Hüseynov
20. Timur İsrafilov
8. Emin Mustafayev
(27. Ramil Həşimzadə, 67)
21. Murad Səttarlı
(7. Mahmud Qurbanov, 67)
90. Eldar Məmmədov
(11. Kamil Nurəhmədov, 46)
16. Hacı Əhmədov
91. Ruslan Qurbanov

Ehtiyat oyunçular:
77. Samir Yusifov
1. Emil Balayev
47. Abdulla Abatsiyev
17. Aqil Məmmədov

Baş məşqçi: Bernhard Raab

Bernhard Raab (“Sumqayıt Şəhər”in baş məşqçisi): 

“Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Biz 90 dəqiqə ərzində futbol görmədik. Heç bir komanda qələbəyə layiq oyun göstərmirdi. Oyunun əvvəlindən bilinirdi ki, hər iki komanda standart vəziyyətlərdən qol vurmağa çalışacaq. Buraxdığımız səhv qapımıza penalti ilə nəticələndi. Qapımızdan qol buraxandan sonra da istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Ona görə də qol vura bilmədik ”.

Əsgər Abdullayev (“Turan”ın baş məşqçisi): “Məqsədimiz qələbə qazanmaq idi, istəyimizə çatdıq. Lakin, bəzi futbolçuların oyunundan narazı qaldım. İkinci hissədə daha çox üstünlüyü qoruyub saxlayaraq, rəqibi əks-hücumlarda tutmağa çalışdıq. Bu istəyimizə də çatdıq. Rəqib komandaya gələcək oyunlarda uğurlar arzulayıram”.