20/12/2013

"Sumqayıt" FK Lənkəranda əzmkar oyun nümayiş etdirsə də məğlub oldu


"Xəzər Lənkəran" - "Sumqayıt" 4:3
20 dekabr 2013. Saat 15:00. “Xəzər Lənkəran” mərkəzi stadionu. 3000 tamaşaçı
Baş hakim: Ramil Əhmədov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Vaqif Musayev
Dördüncü hakim: Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Gülağa Cabarov
Sarı vərəqələr: Sadio Tounkara, 87 (qeyri-idman hərəkəti) // Nodar Məmmədov, 23 (qeyri-idman hərəkəti); Pərdis Fərcad-Azad, 45 (qeyri-idman hərəkəti)
Qollar: Sadio Tounkara, 18; Deyvid Sakkoni, 26; Etame Mbilla, 45+1; 51 // Orxan Əliyev, 37; Pərdis Fərcad-Azad, 80 (p.); Ruslan Nəsirli, 82
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

“Xəzər Lənkəran”
1. Orxan Sadıqlı
3. Vanderson Skarduelli
4. Alvaro Silva
6. Rasim Ramaldanov
7. Sadio Tounkara
10. Elnur Abdullayev (k)
16. Adrian Pit
(21. Radomir Todorov, 76)
18. Tural Cəlilov
20. Etame Mbilla
22. Deyvid Sakkoni
27. Adrian Skarlatake

Ehtiyat oyunçular:
33. Duqlas Leita
8. Eduard Oriol
9. Uğur Pamuk
11. Zohair Benouahi
12. Junior Nildo
55. Ağabala Ramazanov

Baş məşqçi: Mustafa Denizli

“Sumqayıt”
12. Elçin Sadıqov
(94. Tərlan Əhmədli, 46)
5. Kərim Diniyev
7. Pərdis Fərcad-Azad
8. Aqşin Muxtaroğlu
(76. Bayram Nuruzadə, 84)
9. Orxan Əliyev
11. Ruslan Nəsirli
15. Nodar Məmmədov
17. Adil İbrahimov
21. Məhəmməd Mirzəbəyov
86. Elşən Abdullayev
92. Bəxtiyar Həsənalızadə (k)

Ehtiyat oyunçular:
25. Fərid Kərimzadə

Baş məşqçi: Aqil Məmmədov

"Sumqayıt" Futbol Klubu Topaz Premyer Liqasının 2013-cü il üçün son oyununu səfərdə "Xəzər Lənkəran"a qarşı keçirib. Bəzi səbəblərə görə, bu qarşılaşmada əsas heyətin 7 üzvü meydana çıxmayıb. Komandamız görüş ərzində 1:4 hesabı ilə geriyə düşsə də, sonda 2 qol vuraraq oyundan 3:4 hesablı məğlubiyyətlə ayrılıb.

Aqil Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “Heyətimizdə zədəli və cəzalı futbolçuların olmasına baxmayaraq, komanda bu gün yaxşı mübarizə apardı, maraqlı oyun alındı. Xüsusən ikinci hissədə açıq futbol getdi. İlk hissədə müdafiədəki kobud səhvlər oyunun nəticəsini müəyyən etdi. Hesab qane etməsə də, komandanın oyunundan razı qaldım. Bacardığımız bu qədərdir”.

Mustafa Denizli, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “İlk dövrənin son oyunu idi, bizim üçün çox vacib oyun idi. Həm kubokda, həm də liqada son 4 oyunda uğurlu çıxış etdik. Qarşıdakı 40 günü yaxşı dəyərləndirməliyik. Liderlər qrupu ilə olan xal fərqini azaltmaq lazımdır. Digər rəqiblərin nəticələrindən məlumatım yoxdur. Oyunun sonlarına yaxın komanda rahatladı, hesab 4-1 olduqdan sonra uşaq səhvlərindən qollar buraxdıq. Bu cür səhvlər buraxan futbolçular bir daha öz oyunlarını nəzərdən keçirməlidirlər. Qol vurmağa çətinlik çəkmirik. Buna qədərki oyunlarda qapımızdan qol buraxmadıq, indi isə rəqib komanda 3 qol vurdu. Oyunda xətalar ola bilər, amma bu cür bəsit olmalı deyil. Qış fasiləsində bunun üzərində çalışacağıq. Qarşıda 18 tur var, azarkeşlərimizi sevindirməyə çalışacağıq. “Xəzər Lənkəran” olaraq öz sözümüzü deməliyik. Heç nəyə baxmayaraq futbolçularımı təbrik edirəm. Qələbə qazanmasaydıq komandaya qış tətili verilməyəcəkdi”.