17/12/2013

"Sumqayıt" FK "Xəzər Lənkəran"la oyun üçün hazırlıqlara başlayıb


Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində səfərdə "Xəzər Lənkəran"ın qonağı olacaq "Sumqayıt" Futbol Klubu bir günlük istirahətin ardından məşqlərə start verib. Komandamız baş məşqçi Aqil Məmmədovun rəhbərliyi altında bu gün yeni kompleksdə növbəti məşqini keçirib. Zədəli olan Ruslan Qurbanov Vurğun Hüseynov və Orxan Əliyev hazırlığa qatılmayıb. Zədəsini sağaltmış qapıçı Tərlan Əhmədli isə artıq kollektivlə birgə məşqlərə başlayıb. Komanda məşqi iki tərəfli oyunla yekunlaşdırıb.

Qeyd edək ki, "Xəzər Lənkəran" - "Sumqayıt" oyunu dekabrın 20-də saat 15:00-da Lənkəran şəhər stadionunda baş tutacaq.