14/12/2013

"Sumqayıt" FK "Şəfa" stadionunda "İnter"lə qarşılaşıb


İnter - Sumqayıt 2:0
14 dekabr 2013. Saat 17:00. “Şəfa” stadionu. 250 tamaşaçı
Baş hakim: Orxan Məmmədov
Baş hakimin köməkçiləri: Munis Abdullayev, Elman Musayev
Dördüncü hakim: Nail Nağıyev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Məhəmməd Məmmədov
Sarı vərəqələr: Brüs Abdulaye, 8 (qeyri-idman hərəkəti)
Qollar: Abdulla Abatsiyev, 32; Vaqif Cavadov, 88
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.

“İnter”
25. Səlahət Ağayev
3. Laşa Salukvadze
4. İvan Benitez
5. Slavço Georgiyevski
9. Aleksandr İaşvili
(11. Asif Məmmədov, 70)
19. Sezar Meza Kolli
20. Brüs Abdulaye
21. Arif Daşdəmirov
33. Matija Spiçiç
47. Abdulla Abatsiyev
(14. İlqar Ələkbərov, 90+2)
70. Vaqif Cavadov (k)
(8. Mikel Alvaro, 89)

Ehtiyat oyunçular:
1. Giorgi Lomaya
6. Samir Zərgərov
7. Ruslan Əmircanov
88. Derlis Meza Kolli

Baş məşqçi: Kaxaber Sxadadze

“Sumqayıt”
1. Anar Nəzirov
3. Vurğun Hüseynov
(5. Kərim Diniyev, 45+1)
7. Pərdis Fərcad-Azad
9. Orxan Əliyev
(11. Ruslan Nəsirli, 67)
15. Nodar Məmmədov
17. Adil İbrahimov
18. Aleksandr Çertoqanov (k)
21. Məhəmməd Mirzəbəyov
27. Nurlan Novruzov
77. Mirzağa Hüseynpur
(8. Aqşin Muxtaroğlu, 60)
86. Elşən Abdullayev

Ehtiyat oyunçular:
12. Elçin Sadıqov
25. Fərid Kərimzadə
92. Bəxtiyar Həsənalızadə

Baş məşqçi: Aqil Məmmədov

Topaz Premyer Liqasında 17-ci turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu "Şəfa" stadionunda "İnter"ə məğlub olub.

Aqil Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “Oyunumuz alınmır, qələbə qazana bilmirik. Səbəbini bilmirəm. Hücum xəttindən narazıyam. Rəqibin cərimə meydançasına qədər gəlirik, lakin son ötürmələrdə, qapıya zərbələrdə qeyri-dəqiqlik var. Oyundan və nəticədən narazıyam”.

Kaxaber Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Bugünkü oyunda qələbə qazanmaq vacib idi. 3 xalı qazandığımız üçün şadam. Komandamı təbrik edirəm. “Sumqayıt” komandası əsasən gənc futbolçulardan təşkil olunub, sevindirici haldır ki, sonadək mübarizə apardılar, əzmkar oyun göstərdilər. Lakin bu gün “İnter” rəqibindən üstün idi”.