13/12/2013

"Sumqayıt" FK-da akademiyanın məşqçiləri ilə görüş keçirilib


"Sumqayıt" Futbol Klubunun prezidenti Kamran Quliyev və A komandanın baş məşqçisi Aqil Məmmədov akademiyanın məşqçiləri ilə görüşüb. Görüş zamanı akademiyada fəaliyyət göstərən klubların nəticələri, komandadakı vəziyyətlər və başqa məsələlər müzakirə olunub, fikir mübadiləsi aparılıb. Klub rəhbərliyi və Aqil Məmmədov tərəfindən məşqçilərə bəzi göstəriş və tapşırıqlar verilib.