10/12/2013

U-15 komandamız qələbə qazandı və 2-ci pillədəki mövqeyini möhkəmlətdi


U-17 Liqasında mübarizə aparan "Sumqayıt" FK-nun U-17 komandası səfərdə "Kəpəz"i 3:0 hesabı ilə məğlubiyyətə uğradıb. Komandamızdan qolları Xəyal Nəcəfov, İbrahim Abdullayev və Rəhman Məmmədov vurub.
"Kapital Bank U-15 Liqası"nda mübarizə aparan 15 yaşadək futbolçulardan ibarət komandamız isə Liqada uğurla irəliləyir. U-15 komandamız doğma meydanda "Quba OK"dan üstün olub (2:1). Tacir Əlizadə dubl edib. Bu qələbədən sonra U-15 komandamız 24-cü xalını qazanaraq turnir cədvəlində 2-ci pillədəki mövqeyini qoruyub.
U-14 Liqasında mübarizə aparan komandamız "Təhsil"i 3:1 hesabı ilə məğlubiyyətə uğradıb. Komandamızdan qolları Bəxtiyar Haqverdiyev (2) və Cavid Quliyev vurub.
U-13 komandamız isə son turda SOİK-i 3:0 hesabı ilə üstələyib. Səxavət Pirmuradovun dubl etdiyi görüşdə bir qolu da Əlişah Mustafayev vurub.
"Atena U-12 Liqa"sında mübarizə aparan 12 yaşadək futbolçulardan ibarət komandamız "Abşeron"dan üstün olub (2:1).Bu oyunda Fərhad Salamzadə dubl edib.
U-11 isə İOEUGİM-i 2:0 hesabı ilə məğlubiyyətə uğradıb. Komandamızdan qolları Alı Alıyev və Hüseyn Yusifzadə vurub.