20/10/2011

“Sumqayıt Şəhər” U-16 növbəti qələbəsini qazanıb


U-16 liqasında 2-ci turun oyunları keçirilib. “Sumqayıt Şəhər” səfərdə “Lokomotiv”lə qarşılaşıb və 3:2 hesabı ilə qələbə qazanıb. Komandamızdan qolları Əlilli Nurlan, Nüseynzadə Məhərrəm və Nuruzadə Bayram vurub.

Qeyd edək ki, “Sumqayıt Şəhər”in 16 yaşadək futbolçulardan ibarət komandası U-16 liqasının ilk turunda “Gənclik” klubunu 2:0 hesabı ilə məğlub etmişdi.