20/10/2011

3 futbolçumuz AÇ-nin ilkin seçmə mərhələsində oynayacaq


17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində oktyabrın 25-dən 30-a qədər Xorvatiyanın Umaq şəhərində keçiriləcək oyunlar üçün Azərbaycan yığmasının heyəti müəyyənləşib.
“Sumqayıt Şəhər” klubunun 3 fubolçusu – Ruslan Nəsirli, Orxan Əliyev və Şamil Cəmaləddinov yığmamızın uğurları üçün tər tökəcək.