12/08/2011

Popoviç və U-21-ə qoşulan 4 futbolçu məşqlərə başlayıb


Makedoniya millisi ilə yoldaşlıq oyunu üçün Azərbaycan millisinin düşərgəsində olan “Sumqayıt Şəhər” klubunun qapıçısı Andriy Popoviç düşərgəyə qayıdıb.

21 yaşadək futbolçulardan ibarət milli komandanın heyətində Estoniya yığması ilə oyunda iştirak edən 4 futbolçumuz - Emil Balayev, Eşqin Quliyev, Emin Mustafayev və Kamil Nurahmedov da artıq Bernhard Raabın sərəncamındadır.