12/11/2013

U-15, U-14, U-13 və U-12 5 qolla qələbə qazanıb


"Kapital U-15 Liqası"nda mübarizə aparan "Sumqayıt" Futbol Klubunun 15 yaşadək futbolçulardan ibarət komandası doğma azarkeşləri qarşısında "Şirvan"a 5:0 hesabı ilə qalib gəlib. Komandamızdan qolları Hüseyn Məmmədli (3), Asif Hacıyev və Nicat Hüseynov vurub.
"Azercell U-17 Liqası"nda mübarizə aparan U-17 komandamız isə "Bakı"ya böyükhesabla məğlub olub (0:5).
U-14 Liqasında mübarizə aparan U-14 komandamız SOİK-i 5:1 hesabı ilə üstələyib. Qolları Aslan Aslanzadə (3) və Cavid Quliyev (2) vurub.
U-13 komandamız isə "Sumqayıtspor"dan üstün olub (5:0). Komandamızdan qolları Fərhad Salamzadə, Səbuhi Abdullazadə, Eltun Nağıyev və Səxavət Pirmuradov vurub.
U-12 komandamız da turu böyükhesablə qələbə ilə başa vurub. İsmayıl Məmmədovun komandası "Xəzri"ni 5:0 hesabı ilə üstələyib.
U-11 komandamız isə UGİM-1-lə 1:1 hesablı heç-heçə edib. Yeganə qolun müəllifi Alı Alıyev olub.