06/11/2013

Akademiyanın oyunlarından ibarət videoicmallar təqdim olunacaq


"Sumqayıt" Futbol Klubunun rəsmi internet səhifəsi yeniliklərə davam edir. Belə ki, klubun rəsmi internet səhifəsində (sfc.az) və rəsmi internet televiziyasında (tv.sfc.az) bundan sonra aşağı yaş qruplarının ev oyunlarından ibarət videoicmallar oxuculara təqdim olunacaq. İnternet televiziyada Akademiya bölümünə daxil olmaqla videoları izləmək mümkün olacaq.  
Bundan başqa, akademiyanın U-19, U-17, U-16, U-15, U-14, U-13, U-12 və U-11 komandalarının oyunlarından videoçarxlarla yanaşı fotoreportajlar da saytda öz əksini tapacaq.