06/11/2013

"Sumqayıt" FK "Rəvan"la oyunun hazırlığını davam etdirir


Topaz Premyer Liqasının 13-cü turunda səfərdə "Rəvan"la qarşılaşacaq "Sumqayıt" Futbol Klubu hazırlığını davam etdirir. Komandamız məşqlərini oyunun başlama saatında yeni stadionda keçirir. "Sumqayıt" FK-nun dünənki məşqində yalnız Bəxtiyar Həsənəlizadə fərdi çalışmalarla kifayətlənib. Digər üzvlər tam heyətlə məşqlərini davam etdirir. Bu günki məşq də saat 17:00-da keçiriləcək.
Qeyd edək ki, "Rəvan" - "Sumqayıt" oyununun da başlama saatı müəyyənləşib. Noyabrın 8-də Bayıl Arenada baş tutacaq görüş saat 17:00-da start götürəcək.