05/11/2013

1 futbolçumuz A millidə, 4 nəfər isə U-21-ə dəvət alıb


Noyabrın 15-də Tallinn şəhərində Estoniya, noyabrın 19-da isə Bişkek şəhərində Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək və bu məqsədlə noyabrın 11-dən etibarən təlim-məşq toplanışında olacaq (11-13 noyabr - Bakı, 14-16 noyabr - Tallinn, 17-19 noyabr - Bişkek) Azərbaycan milli komandasının heyəti açıqlanıb. "Sumqayıt" Futbol Klubunun qapıçısı Anar Nəzirov yığmaya dəvət alıb.
Bundan başqa, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 15-də Skopye şəhərində Makedoniya komandası ilə qarşılaşacaq Azərbaycan yığmasının da heyəti məlub olub. U-21-ə isə 4 futbolçumuz - Nurlan Novruzov, Elşən Abdullayev, Slavik Alxasov və Kərim Diniyev dəvət alıb.