05/11/2013

U-17 "İnter"ə qalib gəlib, U-15 isə Lənkəranda məğlub olub


AFFA-nın təşkilatçılığı ilə 17 yaşadək futbolçular arasında kubok oyunlarına start verilib. "Sumqayıt" Futbol Klubunun U-17 komandası doğma azarkeşləri qarşısında "İnter"i 2:1 hesabı ilə məğlub edib. Komandamızdan qolları Vüsal Buludlu və Rəhman Məmmədov vurub.
"Kapital Bank U-15 Liqası"nda mübarizə aparan 15 yaşadək futbolçulardan ibarət komandamız isə Lənkəranda "Xəzər Lənkəran"a 0:1 hesabı ilə məğlub olub.