03/11/2013

"Sumqayıt" FK AZAL görüşündə qapılara qol vurulmadı


"Sumqayıt" - AZAL 0:0
03 noyabr 2013. Saat 15:00. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni meydança. 1000 tamaşaçı
Baş hakim: Yusifov Fariz
Baş hakimin köməkçiləri: Haşımov Mübariz, Əsgərov Azər
Dördüncü hakim: Məmmədov Fərid
AFFA nümayəndəsi: Davudov Vaqif
Hakim-inspektor: Məmmədov Murad
Sarı vərəqələr: Y. Fomenka, 30. O. Klava, 15.

“Sumqayıt”
1. Anar Nəzirov
2. Slavik Alxasov
(15. Nodar Məmmədov, 70)
3. Vurğun Hüseynov
4. Samir Abasov (k)
7. Pərdis Fərcad-Azad
9. Orxan Əliyev
(91. Vüqar Əsgərov, 89)
10. Ruslan Qurbanov
17. Adil İbrahimov
18. Aleksandr Çertoqanov
21. Məhəmməd Mirzəbəyov
86. Elşən Abdullayev

Ehtiyat oyunçular:
12. Elçin Sadıqov
8. Aqşin Muxtaroğlu
22. Zaur Həşimov
27. Nurlan Novruzov
77. Mirzağa Hüseynpur

Baş məşqçi: Aqil Məmmədov

AZAL
1. Ruslan Məcidov
3. Aleksandr Şemonayev
4. Jose Junior Ailton
7. Cavid Tağıyev
8. Qərib İbrahimov
10. Con Oluremi
(16. Freddi Borq, 90+2)
15. Oskars Klava
17. Viktor İqbekoyi (k)
20. Branislav Arsenyeviç
23. Tural Nərimanov
30. Yuri Fomenko
(18. Samuel Barlay, 62)

Ehtiyat oyunçular:
12. Cahangir Həsənzadə
5. Murad Ağayev
21. Rey Məmmədbəyli
28. Emin Cəfərquliyev
31. Şəhriyar Rəhimov

Baş məşqçi: Vaqif Sadıqov

Topaz Premyer Liqasında 12-ci turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu doğma azarkeşləri qarşısında AZAL-la qarşılaşı. Hücumlar şəraitində keçən görüşdə qapılara qol vurulmayıb. Beləliklə, "Sumqayıt" FK 4 turdan sonra aktivinə xal yazmağı bacarıb.

Aqil Məmmədov ("Sumqayıt"ın baş məşqçisi): "Çətin və maraqlı qarşılaşma oldu. Oyundan və nəticədən razıyam. Futbolçularım sona qədər mübarizə apardı. Uşaqlar sözün əsl mənasında meydanda can qoydu".

Vaqif Sadiqov (AZAL-ın baş məşqçisi): "Zədəli futbolçuların çoxluğundan əziyyət çəkirik. ARtıq neçə turdur ki, futbolçuları məcburiyyətdən fərqli mövqelərdə aynadıram. Düşünmürəm ki, "Sumqayıt"dan zəif oynadıq. Qarşılaşma ərzində 5-6 real qol epizodu yaratsaq da, hesabı aça bilmədik. AZAL "Sumqayıt"la oyunda 2 xal itirdi".