30/10/2013

U-19 AZAL-ı məğlubiyyətə uğratdı, U-17 heç-heçə etdi


U-19 Liqasında növbəti turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubunun 19 yaşadək futbolçulardan ibarət komandası doğma meydanda AZAL-ı 4:0 hesabı ilə məğlubiyyətə uğradıb. Komandamızdan qolları Bayram Nuruzadə (2), Üzeyir Sadıqov və Samir Məmmədov vurub.
"Azercell U-17 Liqasında" mübarizə aparan 17 yaşadək futbolçulardan ibarət komandamız isə səfərdə "Simurq"la qolsuz heç-heçəyə razılaşıb.
U-15 komandamız isə "Neftçi"yə 0:5 hesabı ilə məğlub olub.