29/10/2013

"Sumqayıt" FK AZAL-la oyuna hazırlaşır


Topaz Premyer Liqasının 12-ci turunda doğma azarkeşləri qarşısında AZAL-la qarşılaşacaq "Sumqayıt" Futbol Klubu hazırlığını davam etdirir. Komanda gündə iki dəfə olmaqla məşqlərini davam etdirir. Heyətdə zədəli futbolçu yer almır. Yüngül zədəsi olan Aleksandr Çertoqanov fərdi məşqlərlə kifayətlənib.
Qeyd edək ki, "Sumqayıt" - AZAL oyunu saat 15:00-da naşlayacaq.