25/10/2013

"Sumqayıt" FK "Qəbələ"yə məğlub olub


"Qəbələ" - "Sumqayıt" 2:0
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: İsgəndər Əliyev, Nahid Əliyev
Dördüncü hakim: Namiq Bəkirov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Səfər Haşımov
Sarı vərəqələr: İbrahima Niasse, 25 (qeyri-idman hərəkəti); Nikola Valentiç, 36 (qeyri-idman hərəkəti) // Bəxtiyar Həsənalızadə, 9 (qeyri-idman hərəkəti); Adil İbrahimov, 37 (qeyri-idman hərəkəti); Pərdis Fərcad-Azad, 67 (qeyri-idman hərəkəti)
Qollar: Daniel Subotiç, 24; Luis Hillario Dodo, 63
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə - 2 dəq.

“Qəbələ”
25. Dieqo Kosta
3. Nikola Valentiç
6. Volodimir Levin (k)
9. Viktor Mendi
(22. Assis Rodriqes, dəq.73)
14. Lorenzo Ebesilio
18. İbrahima Niasse
31. Daniel Subotiç
33. Elvin Camalov
(88. Müşfiq Teymurov, dəq.60)
34. Ürfan Abbasov
36. Elnur Allahverdiyev
42. Leonardo da Silva
(10. Luis Hillario Dodo, dəq.46)

Ehtiyat oyunçular:
27. David Pietrzkeviç
11. Yannik Kamanan
21. Elmar Baxşıyev
84. Kelhar Deyan

Baş məşqçi: Yuri Syomin

“Sumqayıt”
1. Anar Nəzirov
2. Slavik Alxasov
7. Pərdis Fərcad-Azad
(86. Elşən Abdullayev, dəq.66)
8. Aqşin Muxtaroğlu
10. Ruslan Qurbanov
(9. Orxan Əliyev, dəq.74)
17. Adil İbrahimov
18. Aleksandr Çertoqanov (k)
21. Məhəmməd Mirzəbəyov
77. Mirzağa Hüseynpur
(27. Nurlan Novruzov, dəq.81)
91. Vüqar Əsgərov
92. Bəxtiyar Həsənalızadə

Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
4. Samir Abasov
15. Nodar Məmmədov
22. Zaur Həşimov

Baş məşqçi: Aqil Məmmədov

Topaz Premyer Liqasında 11-ci turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu səfərdə "Qəbələ"nin qonağı olub. İlk dövrənin oyununda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda rəqibini məğlub edən Aqil Məmmədovun komandası bu dəfə meydandan 0:2 hesablı məğlubiyyətlə ayrılıb.

Aqil Məmmədov ("Sumqayıt"ın baş məşqçisi): "Olduqca maraqlı qarşılaşma oldu. Lakin səhvlərimiz ucbatından məğlub olduq. Rəqib komandaya uğurlar arzulayıram. “Qəbələ” layiqli qələbə qazandı".

Yuri Syomin ("Qəbələ"nin baş məşqçisi): “Komandamı təbrik edirəm. İlk oyunda biz “Sumqayıt”a məğlub olmuşduq. Bu gün isə onlardan revanş aldıq. Qələbəyə baxmayaraq deməliyəm ki, futbolçularımla danışılacaq bəzi şeylər var”.