23/10/2013

"Sumqayıt" FK "Qəbələ" ilə oyun üçün hazırlığını tamamladı


Topaz Premyer Liqasının növbəti turu çərçivəsində səfərdə "Qəbələ" ilə qarşılaşacaq "Sumqayıt" Futbol Klubu hazırlığını başa vurub. Komandamız bu gün son məşqini keçirib. Zədəli olan Sabir Allahquliyev və Elçin Sadıqov məşqdə iştirak etməyib. "Qarabağ"la qarşılaşmada zədə səbəbindən iştirak etməyən Vüqar Əsgərov artıq tam sağalıb. "Sumqayıt" sabah səhər Qəbələyə yola düşəcək.

Qeyd edək ki, "Qəbələ" - "Sumqayıt" oyunu oktyabrın 25-də saat 15:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.