22/10/2013

U-17 "Xəzər Lənkəran"ı, U-15 isə "Bakı"nı üstələyib


"Azercell U-17 Liqası"nda növbəti turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubunun 17 yaşadək futbolçulardan ibarət komandası doğma azarkeşləri qarşısında "Xəzər Lənkəran"ı 3:1 hesabı ilə məğlubiyyətə uğradıb. Komandamızdan qolları Ramil Orucov, Xəyal Nəcəfov və Şamil İsmayılov vurub.
"Kapital Bank U-15 Liqası"nda mübarizə aparan U-15 komandamız "Bakı"nı səfərdə üstələyib (2:1). Komandamızdan qolları Hüseyn Məmmədli və Cəfər Cəfərli vurub.
Bu arada, akademiyamızın üzvü Sənan Əsədov 15 yaşadək futbolçulardan ibarət milli komandamızın heyətinə dəvət alıb.