17/10/2013

"Sumqayıt" FK "Qarabağ"la oyunun hazırlığını davam etdirir


Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində "Qarabağ"la qarşılaşacaq "Sumqayıt" Futbol Klubu yeni meydançada hazırlığını davam etdirir. Komandamız tam heyətlə hazırlaşır. Belə ki, zədəsini sağaltmış Orxan Əliyev və Zaur Həşimov da artıq komanda ilə birlikdə hazırlaşır. A millidən qayıdan Anar Nəzirov, U-21-dən geri dönən Slavik Alxasov, Kərim Diniyev, Elşən Abdullayev və Nurlan Novruzov da komanda ilə birlikdə məşq edir.
Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" oyunu oktyabrın 20-də Sumqayıtda inşa olunmuş yeni meydançada saat 16:00-da start götürəcək.