17/10/2013

U-16 məğlub oldu, U-17, U-15, U-14 və U-13 qələbə qazanıb


"Azercell U-17 Liqası"nda növbəti turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubunun 17 yaşadək futbolçulardan ibarət komandası AZAL üzərində 1:0 hesabı ilə qələbə qazanıb. Komandamızdan yeganə qolu Samir Mehdizadə vurub.
U-16 komandamız isə doğma azarkeşlər qarşısında "Neftçi"yə məğlub olub (0:3).
U-19 Liqasında mübarizə aparan U-19 "Qəbələ"yə böyükhesabla məğlub olub (0:9).
"Kapital U-15 Liqası"nda mübarizə aparan "Sumqayıt" FK "Neft-Qaz" üzərində 2:0 hesablı inamlı qələbə qazanıb. Komandamızdan qolları Sahib Cümşüdov və Asif Hacıyev vurub.
U-14 komandamız "Xəzri"ni 4:0 hesabı ilə məğlubiyyətə uğradıb. Qolların müəllifi Bəxtiyar Haqverdiyev, Cavid Quliyev (2) və Səbuhi İsayev vurub.
U-13 komandamız "Babək"i üstələyib (2:0).
U-12 komandamız "Babək"lə, U-11 isə "Təhsil"lə sülh bağlayıb.