15/10/2013

Aqil Məmmədov millimizi məğlubiyyətdən xilas etdi


Bu gün Sumqayıtda inşa olunan yeni stadionda Azərbaycan və Rusiyanın veteranlardan ibarət yığma komandaları qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Oyunda hesabı qonaqlar açsa da, "Sumqayıt" Futbol Klubunun baş məşqçisi Aqil Məmmədov fərlənərək qarşılaşmanın hesabını rəsmiləşdirib. 
Görüş başa çatdıqdan sonra "Sumqayıt" FK-nun prezidenti Kamran Quliyev Rusiyanın veteranlardan ibarət milli komandasının kapitanına klubun formasını hədiyyə edib.

Veteranlar arasında yoldaşlıq oyunu
15 oktyabr

AZƏRBAYCAN - RUSİYA - 1:1
Qollar: Tatarkin, 25 (0:1), A. Məmmədov, 67.