"Sumqayıt" FK "Simurq"la yoxlama oyunu keçirib


"Sumqayıt" Futbol Klubu "Qarabağ"la oyunun hazırlığını davam etdirir. Bu məqsədlə komandamız "Simurq"la yoxlama oyunu keçirib. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş qonaqların 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb. "Sumqayıt" FK-dan yeganə qolu Mirzağa Hüseynpur vurub.