08/10/2013

"Sumqayıt" FK Azərbaycan kubokunda "Bakı" ilə qarşılaşacaq


2013/2014-cü il mövsümü üçün Azərbaycan kubokunun püşkü atılıb. "Sumqayıt" Futbol Klubu mübarizəyə 1/8 finaldan aşlayacaq. Komandamız səfərdə "Bakı"nın qonağı olacaq. 22-ci ölkə kubokunda aşağıdakı cütlər qarşılaşacaq:
1/16 final, 22-24 oktyabr
“Şuşa” – “Şahdağ”
MOİK – “Qaradağ Lökbatan”
“Mil-Muğan” – “Lokomotiv”
“Araz Naxçıvan” – “Ağsu”

1/8 final, 04 dekabr
“İnter” / “Şuşa” – “Şahdağ”
“Neftçi” – “Kəpəz”

MOİK – “Qaradağ Lökbatan”/ “Rəvan”
“Bakı” – “Sumqayıt”

“Mil-Muğan” – “Lokomotiv” / “Qəbələ”
“Qarabağ” – AZAL

“Araz Naxçıvan” – “Ağsu” / “Simurq”
“Xəzər Lənkəran” – “Neftçala”

1/16 və 1/8 final mərhələlərində qaliblər tək oyunla müəyyən olunacaq. 1/4 finaldan etibarən isə iki oyunun nəticəsinə görə qalib gələn komanda növbəti mərhələyə vəsiqə qazanacaq.