07/10/2013

"Sumqayıt" FK "Simurq"la yoxlama oyunu keçirəcək


Son turda "İnter"lə qarşılaşmadan sonra "Sumqayıt" Futbol Klubu istirahətə buraxılıb. Komanda oktyabrın 9-dan etibarən məşqlərini barpa edəcək. Aqil Məmmədovun komandası hazırlığına yeni stadionda başlayacaq. "Sumqayıt" FK fasilə ərəfəsində "Simurq"la yoxlama oyununda qüvvəsini sınayacaq. Zaqatala klubu ilə görüş oktyabrın 12-də saat 16:00-da Sumqayıtda keçiriləcək.