07/10/2013

U-17 "Qarabağ"ı, U-16 isə "Rəvan"ı məğlub edib


"Azercell U-17 Liqası"nda 2-ci turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubunun 17 yaşadək futbolçulardan ibarət komandası doğma meydanda "Qarabağ"ı məğlubiyyətə uğradıb. Komandamızdan qolları Ramil Orucov və İbrahim Abdulleyev vurub.
U-16 Liqasında mübarizə aparan 16 yaşadək futbolçulardan ibarət komandamız da turu qələbə ilə başa vurub. "Sumqayıt" FK-nun U-16 komandası "Rəvan"ı 6:0 hesabı ilə məğlubiyyətə uğradıb. Komandamızdan qolları Vüsal Buludlu (2), Tural Fəttayev, Sənan Məmmədov, İsmayıl Musayev, Eldar Qəmbərzadə vurub.