07/10/2013

Orxan Əliyev və Ruslan Nəsirli U-19-un heyətində qol vurub


Latviyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Latviyanın 1-ci Divizionunda çıxış edən "Tukums" klubu ilə qarşılaşan yığmamız 2:0 hesabı ilə qələbə qazanıb. Hər iki qolun müəllifi "Sumqayıt" Futbol Klubunun üzvləri Ruslan Nəsirli və Orxan Əliyev olub.
Xatırladaq ki, U-19 yığmamız oktyabrın 10-dan 15-dək İsveçdə Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizə aparacaq. Komandamız İrlandiya, Bosniya və Herseqovina və İsveç yığmalarıyla qarşılaşacaq.