26/08/2013

Ruslan Nəsirli "Trabzonspor"un düşərgəsinə yollanıb


Ötən mövsümün əvvəlində "Sumqayıt" Futbol Klubunun iki üzvü - Ruslan Nəsirli və Şamil Cəmaləddinovun Türkiyənin "Trabzonspor" klubunda baxışda olduğu hər kəsə məlumdur. "Trabzonspor"un rəhbərliyi komandamızın və 19 yaşadək futbolçulardan ibarət millimizin hücumçusu Ruslan Nəsirli üçün 2-ci dəfə klubumuza məktub ünvanlayıb. 18 yaşlı futbolçu "bordo-mavililər"in əvəzedici komandasında növbəti dəfə baxışdan keçəcək. Ruslan Trabzon təmsilçisinin məşqçilər korpusu tərəfindən bəyənilsə onunla müqavilə imzalanacaq.