23/08/2013

"Sumqayıt" FK azlıqda AZAL-a məğlub oldu


AZAL - Sumqayıt 1:0
23 avqust 2013. Saat 19:00. AZAL Arena stadionu. 200 tamaşaçı
Baş hakim: Vüsal Əliyev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, İsgəndər Əliyev
Dördüncü hakim: Ömər Paşayev
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Səfər Haşımov
Sarı vərəqələr: Vladimir Boqdanoviç, 52 (hakimin qərarına etiraz); Con Oluremi, 82 (qeyri-idman hərəkəti) // Kərim Diniyev, 12 (qeyri-idman hərəkəti); 54 (qeyri-idman hərəkəti); Ruslan Qurbanov, 44; Nurlan Novruzov, 61 (qeyri-idman hərəkəti); Vurğun Hüseynov, 82 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqələr: Kərim Diniyev, 54; Məhəmməd Mirzəbəyov, 73 (rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə)
Qol: Con Oluremi, 45+1
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.

AZAL
12. Cahangir Həsənzadə (k)
3. Aleksandr Şemonayev
4. Jose Junior Ailton
8. Qərib İbrahimov
10. Con Oluremi
15. Oskars Klava
17. Viktor İqbekoyi
(28. Emin Cəfərquliyev, dəq.89)
18. Samuel Barlay
(16. Freddi Borq, dəq.58)
20. Branislav Arsenyeviç
22. Ruslan Tağızadə
(7. Cavid Tağıyev, dəq.72)
32. Vladimir Boqdanoviç

Ehtiyat oyunçular:
1. Ruslan Məcidov
2. Xuan Fransisko
23. Tural Nərimanov
5. Murad Ağayev

Baş məşqçi: Vaqif Sadıqov

“Sumqayıt”
1. Anar Nəzirov
2. Slavik Alxasov
(3. Vurğun Hüseynov, dəq.46)
5. Kərim Diniyev
8. Aqşin Muxtaroğlu
(22. Zaur Həşimov, dəq.75)
10. Ruslan Qurbanov
17. Adil İbrahimov
18. Aleksandr Çertoqanov (k)
21. Məhəmməd Mirzəbəyov
27. Nurlan Novruzov
86. Elşən Abdullayev
91. Vüqar Əsgərov
(4. Samir Abasov, dəq.46)

Ehtiyat oyunçular:
12. Elçin Sadıqov
11. Ruslan Nəsirli
77. Mirzağa Hüseynpur
92. Bəxtiyar Həsənalızadə

Baş məşqçi: Aqil Məmmədov

"Sumqayıt" Futbol Klubu Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində səfərdə AZAL-a minimal hesasabla məğlub olub.

Aqil Məmmədov: “Birinci hissəni aşkar şəkildə zəif keçirdik. İkinci hissədə isə, azlıqda qalmağımıza rəğmən, daha yaxşı oynadıq. Hakimlikdən narazı qaldım. Təkcə ona görə yox ki, iki futbolçumuzu meydandan qovdu. Digər narazı qaldığımız məqamlar da vardı”.

Vaqif Sadiqov: “Rəqib qapısına daha çox qol vura bilərdik. Amma bizdə aqressivlik çatışmır. İkinci hissədə rəqib azlıqda oynasa da, biz qorxaq futbol sərgilədik. Yuri Fomenkonun zədəsi ciddidi və hələlik meydana nə vaxt qayıdacağı bilinmir. Transfer pəncərəsi bağlanana kimi, daha bir futbolçu transfer edə bilərik”.