19/08/2013

"Sumqayıt" FK Aqil Məmmədovla ilk qələbəsini qazandı


"Sumqayıt" - "Qəbələ" 2:1
19 avqust 2013. Saat 18:00. M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 6000 tamaşaçı
Baş hakim: Orxan Məmmədov
Baş hakimin köməkçiləri: Rza Məmmədov, Elşən Acalov
Dördüncü hakim: Tahir Əhmədov
AFFA nümayəndəsi: Telman Əzizov
Hakim-inspektor: Kərim Ağayev
Sarı vərəqələr: Nurlan Novruzov, 30 (9,15 m. məsafəsinə riayət etmədiyinə görə) // Volodimir Levin, 51 (hakimə etiraz); 61 (qeyri-idman hərəkəti); Leonardo da Silva, 64 (fitdən sonra topa zərbə); Rail Məlikov, 81 (qeyri-idman hərəkəti); Lorenzo Ebesilio, 87 (qeyri-idman hərəkəti); Nizami Hacıyev, 90+4 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Volodimir Levin, 61
Qollar: Vüqar Əsgərov, 4; Ruslan Qurbanov, 62 (p.) // Yannik Kamanan, 12
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.

“Sumqayıt” Futbol Klubu Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda ilk iki turda maksimum nəticə qazanan “Qəbələ”ni qəbul edirdi. Oyuna hücumlarla başlayan Aqil Məmmədovun komandası artıq 4-cü dəqiqədə hesabı açdı. Ruslan Qurbanovdan ötürmə alan Vüqar Əsgərov David Pietrzkeviçi məyus edərək azarkeşlərimizi sevincə qərq etdi.
Qarşılaşmanın 14-cü dəqiqədə Yuri Syominin rəhbərlik etdiyi “Qəbələ” hesabı bərabərləşdirdi. Yannik Kamanan müdafiəçilərin səhvindən yararlanaraq “status-kvo”nu bərpa etdi.
İkinci hissə də “Sumqayıt”ın hücumları ilə başladı. Qarşılaşmanın 61-ci dəqiqəsində “Qəbələ”nin müdafiəçisi Vlodimir Levin cərimə meydançasında Nurlan Novruzova qarşı kobud oynadı və görüşün baş hakimi tərəddüd etmədən penalti nöqtəsini göstərdi. Topa yaxınlaşan Ruslan Qurbanov dəqiq zərbə ilə “Sumqayıt”ı növbəti dəfə hesabda irəli çıxardı. Oyunun son dəqiqələri də komandamızın ərazi üstünlüyü ilə keçdi və Aqil Məmmədov baş məşqçi kimi ilk qələbəsini qazandı.

Aqil Məmmədov ("Sumqayıt"ın baş məşqçisi): “Qələbə münasibəti ilə azarkeşlərimizi təbrik edirəm. Sonadək bizə dəstək oldular. Futbolçular verilən tapşırıqları yerinə yetirə bildilər. Hesab arasındakı fərq daha böyük ola bilərdi”.

Yuri Syomin ("Qəbələ"nin baş məşqçisi): "Bu gün nə meydana, nə də rəqibin oyun üslubuna alışa bildik. Ötürmələrdə qeyri-dəqiqlik çox idi. “Sumqayıt”ın emosional hazırlığı yüksək səviyyədə idi”.

“Sumqayıt”
1. Anar Nəzirov
2. Slavik Alxasov
5. Kərim Diniyev
8. Aqşin Muxtaroğlu
10. Ruslan Qurbanov
(4. Samir Abasov, dəq.79)
17. Adil İbrahimov
18. Aleksandr Çertoqanov (k)
21. Məhəmməd Mirzəbəyov
27. Nurlan Novruzov
(77. Mirzağa Hüseynpur, dəq.90+3)
86. Elşən Abdullayev
91. Vüqar Əsgərov
(11. Ruslan Nəsirli, dəq.87)

Ehtiyat oyunçular:
12. Elçin Sadıqov
20. Sabir Allahquliyev
22. Zaur Həşimov
92. Bəxtiyar Həsənalızadə

Baş məşqçi: Aqil Məmmədov

“Qəbələ”
27. David Pietrzkeviç
2. Rail Məlikov
4. Amit Quluzadə
6. Volodimir Levin (k)
9. Viktor Mendi
10. Luis Paulo Hilario
(18. İbrahima Niasse, dəq.46)
11. Yannik Kamanan
(19. Abdulvahid Afolabi, dəq.61)
14. Lorenzo Ebesilio
34. Ürfan Abbasov
(8. Nizami Hacıyev, dəq.78)
42. Leonardo da Silva
84. Dejan Kelhar

Ehtiyat oyunçular:
25. Dieqo Kosta
5. Sadiq Quliyev
15. Umar Kalabane
22. Lurival Assis

Baş məşqçi: Yuri Syomin