16/08/2013

U-15 komandamız "Neftçi" üzərində qələbə qazanıb


15 yaşadək futbolçulardan ibarət komandamız növbəti yoxlama oyununu keçirib. Komandamız Sumqayıt İdman Mərkəzində "Neftçi" U-15-ni qəbul edib. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş "Sumqayıt" FK-nun 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızdan qolları Sənan Əsədov (2 qol), Saleh Bəylərov və Asif Hacıyev vurub.